Alimlər dünyada ilk geni dəyişdirilmiş polo atlarını yetişdiriblər
Dünyada ilk geni dəyişdirilmiş polo atları Argentinadan olan biotexnoloji şirkət tərəfindən yaradılıb.
QHT.az xəbər verir ki, Argentinanın Kheiron Biotech şirkəti CRISPR-Cas9 texnologiyası ilə dünyada ilk geni dəyişdirilmiş polo atlarını yetişdirib. Buenos-Ayresdə fəaliyyət göstərən şirkət, Argentina Polo Yetiştiriciləri Assosiasiyasının Şöhrət Zalına daxil edilmiş Polo Pureza adlı madyanın genlərini dəyişdirərək beş yeni at yaradıb.
Alimlərin məqsədi daha güclü, sağlam və sürətli atlar yetişdirməkdir. Yeni atların sürət baxımından donorlarını üstələyəcəyi və yarış rekordları qıracağı gözlənilir. CRISPR-Cas9 texnologiyası elm adamlarına genomu dəqiq redaktə etməyə imkan verir. Bu üsul əvvəllər bitkilərin və meyvələrin xüsusiyyətlərini yaxşılaşdırmaq üçün istifadə olunsa da, indi heyvanların arzu olunan xüsusiyyətlərə malik olmasına da imkan yaradır.
R.İmanov