Xəbərlər 07.02.2025 16:56 461

"Qızılın qiyməti artacaq" - İqtisadçı-ekspert Eyyub Kərimli

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada dünya bazarında qızılın qiymətinin artımının müxtəlif sahələrə təsir etdiyini bildirib. QHT sədrinin sözlərinə görə, xüsusilə qızıl məmulatlarından istifadə olunan yarımkeçiricilərə, İT avadanlıqlarına və elektron hissələrə təsir göstərir.

Bununla belə, Eyyub Kərimli cari qiymət artımının çox əhəmiyyətli olmadığını və bu artımın məmulatların qiymətinə böyük təsir göstərməyəcəyini vurğulayıb. "Bir faizlik artım ümumi qızıl qiymətləri və məmulatların qiymətlərinə ciddi təsir etməyəcək," – deyə iqtisadçı qeyd edib.

QHT sədri gələcək aylarda isə qızılın qiymətinin artacağına dair proqnozlarını da paylaşdı. Bu artımın bir neçə əsas amildən təsirlənəcəyini söyləyən Ekspert bunlara bazar inkişafı, Ukrayna-Rusiya müharibəsinin davam etməsi, Rusiyanın qızıl ixracatına tətbiq edilən embarqo və bəzi ölkələrdə avadanlıq istehsalına olan tələbatın artmasını göstərib: "Bütün bu amillər qızıla olan tələbin artmasına səbəb ola biləcək və nəticədə qiymət artımına təsir göstərə biləcək. Həmçinin, Rusiyanın bazarda məhdudlaşdırılmasının qiymət artımına əlavə təsir göstərə bilər".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı