Xəbərlər 13.02.2025 09:31 178

Bakı 20 saylı Mediasiya Təşkilatında görüş - VİDEO

Bakı 20 saylı Mediasiya Təşkilatında növbəti görüş keçirilib. Görüş zamanı mediasiyanın əhəmiyyəti, hüquqi mübahisələrin sülh yolu ilə həlli və mediasiya prosesinin üstünlükləri müzakirə olunub.

QHT.az xəbər verir ki, tədbirdə ekspertlər və mediatorlar iştirak edərək mediasiyanın hüquqi və sosial aspektlərini izah ediblər. Bildirilib ki, mediasiya prosesi vətəndaşlar üçün daha tez və effektiv həll yolu təqdim edir, uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını alır.

Bakı 20 saylı Mediasiya Təşkilatının sosial media hesabında yayımlanan videoda mütəxəssislər mediasiyanın üstünlüklərini vurğulayaraq, bu sahədə ictimai maarifləndirmənin vacibliyini qeyd ediblər. Qeyd edilib ki, mediasiya qarşıdurma yaşayan tərəflər arasında dialoqun qurulmasına və səmərəli həll yolunun tapılmasına kömək edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı