Xəbərlər 14.02.2025 11:24 262

DSMF-nin xərcləri 13 faiz və ya 66 mln. manat artaraq 574 mln. manat təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 mln. manat çox olmaqla 579 mln. manat təşkil edib.

 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 mln. manat artaraq 443 mln. manat olub.

 

Ötən ay DSMF-nin xərcləri 574 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 mln. manat çoxdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı