Xəbərlər 14.02.2025 13:50 361

"Şəhid pilotlarımızın qəhrəmanlığı əbədiləşdirilməlidir"- QHT sədri Sevinc Orucova

Bu gün 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür!

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova QHT.az-a özəl açıqlamasında şəhid pilotlarımızın qəhrəmanlığını vurğulayıb. O, bildirib ki, Vətən müharibəsi və ondan əvvəlki döyüşlərdə pilotlarımızın göstərdiyi şücaət Azərbaycanın hərb tarixində silinməz iz buraxıb.

"Allah bütün şəhidlərimizə rəhmət eləsin! Pilotlarımız müharibənin həlledici döyüşlərində böyük rəşadət göstərərək uğura imza atıblar və yerüstü qüvvələrə dəstək verməklə qəhrəmanlıq nümayiş etdiriblər. Aprel döyüşlərində, Vətən müharibəsində və eləcə də müxtəlif təlimlər zamanı şəhidlik zirvəsinə ucalan pilotlarımız Azərbaycanın şanlı hərb tarixinin qəhrəmanlarıdır," – deyə Sevinc Orucova qeyd edib.

QHT sədri xüsusilə Xəzər dənizi üzərində gecə təlimləri zamanı şəhid olan Rəşad Atakiyevin, həmçinin 2014-cü ildə təlim uçuşları zamanı şəhadətə ucalan digər pilotlarımızın qəhrəmanlığını xatırladıb. Sevinc Orucova vurğulayıb ki, şəhid pilotlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir: "Bizim əsas vəzifəmiz onların xatirəsini yaşatmaq, yeni nəsillərə tanıtmaqdır. Universitetlərdə anım tədbirləri keçiririk, həmçinin şəhidlərimizin irsinin bağçalardan və orta məktəblərdən öyrədilməsi vacibdir. Hərbi müəllimlərimizin borcudur ki, qəhrəmanlarımızı gənc nəsillərə tanıtsınlar. Əgər uşaqlarımız bu qəhrəmanlarla böyüsələr, onlar Azərbaycanın əsl vətəndaşı olacaqlar."

QHT sədri sonda bütün şəhidlərin ruhuna rəhmət diləyib və onların xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıb.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı