Xəbərlər 17.02.2025 08:32 257

QHT-nin gənclərin yaradıcılıq bacarıqlarının inkişafı üzrə layihəsi uğurla davam edir

“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirmək məqsədilə “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədilməsı Məqsədilə Domestika.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin icrası uğurla davam edir.

QHT.az xəbər verir ki,layihənin məqsədi gənclərin yaradıcı kreativ sənayelərdə müasir təhsil resurslarına çıxış imkanlarını genişləndirməkdir. Həmçinin əsas ideya Domestika.org beynəlxalq onlayn platformasını yerli səviyyədə adaptasiya etməklə oradakı materialları maraqlı və praktik olaraq faydalı oflayn qaydada peşəkar dərslərə transformasiya etməkdir. Təşəbbüsü həyata keçirərkən layihə komandası yerli təhsil müəssisələri, mədəniyyət təşkilatları və yaradıcı sənayelərin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlığa başlamışdır. Bu yaradıcılıq mərkəzindən biri, İMEC (Beynəlxalq Müsiqi Təhsili Mərkəzi) məktəbi, uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq və onların musiqi sahəsində bacarıqlarını inkişaf etdirmək üçün "Uşaqlar üçün Musiqi Prodüserliyi" adlı xüsusi dərs təqdim edir. Bu proqram uşaqlara musiqi prodüserliyinin əsaslarını öyrətməklə yanaşı, onların yaradıcılıq, texniki bilik və müstəqil musiqi yaratma qabiliyyətlərini inkişaf etdirməyə yönəlib.

Bu kurs İMEC məktəbinin uşaqlar üçün müasir təhsil proqramları çərçivəsində həyata keçirilir. İMEC yaradıcılıq, texnologiya və incəsənəti birləşdirən layihələri ilə gənc nəslin inkişafına töhfə verir. Kursda 100-dən çox uşaq və gənclər, həmçinin xüsusi qayğıya ehtiyacı olan, uşaq evləri, sığınacaqların sakinləri də iştirak edirdi. Məqsəd – uşaqlara yalnız texniki biliklər vermək deyil, həm də onların musiqiyə və yaradıcılığa olan marağını artıraraq gələcəkdə peşəkar və ya həvəskar səviyyədə uğur qazanmalarına imkan yaratmaqdır. Dərsin əsas məqsədləri: uşaqları musiqi prodüserliyinin əsasları ilə tanış etmək, onları Ableton Live proqramında musiqi yaratmağa öyrətmək, səsləndirmə, ekvalizasiya və kompressiya üzrə baza biliklərini təqdim etməkdir. Proqramın mövzu başlıqları Ableton Live-də musiqi yaratmaq (proqramın interfeysi, MIDI yazma, aranjiman əsasları), musiqi prodüserliyi (musiqi ideyasının yaradılması, səslərin seçilməsi və harmoniyanın qurulması), səsləndirmə və masterinq (səslərin balanslaşdırılması, effektlərin əlavə edilməsi) və ekvalizasiya ilə kompressiyanı (səs keyfiyyətinin yaxşılaşdırılması, kompressorun tətbiqi) əhatə edir.

Dərs zamanı uşaqlar öz musiqi fraqmentlərini sıfırdan yaradacaq, müxtəlif səslər, alətlər və effektlərlə işləyəcək, yaradılan layihələri kollektiv şəkildə müzakirə edəcəklər. Bu kurs uşaqlara yaradıcılıq və texniki bacarıqların inkişafı, peşəkar musiqi proqramları ilə işləmə təcrübəsi, öz musiqi layihələrini yaratmaq imkanı və musiqi sənayesinə marağın formalaşması kimi imkanlar qazandıracaq. Təlimlər uşaqların yaradıcılığını stimullaşdırmaq və onları musiqi dünyasına addım atmağa təşviq etmək üçün ideal fürsətdir. İMEC məktəbi, innovativ yanaşması ilə gənc nəsli ilhamlandırmağa və onların bacarıqlarını üzə çıxarmağa davam edir.

Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi proqramı çərçivəsində həyata keçirilir və gənclərin yaradıcılıq potensialının inkişafı üçün yüksək keyfiyyətli imkanların yaradılmasına, o cümlədən mədəniyyət sahəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönləmişdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı