Xəbərlər 17.02.2025 19:30 602

STM-də İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilib - FOTOLAR

Sosial Tədqiqatlar Mərkəzində İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, bu gün Sosial Tədqiqatlar Mərkəzində İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilib.
Görüşü açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc iştirakçıları salamlayaraq, insan hüquqları sahəsində dövlət tərəfindən yaradılan qanunvericilik bazası, milli qanunvericilik təşəbbüsləri və parlamentdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra sadalanan mövzular ətrafında geniş müzakirələr aparılıb.


İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova görüşün təşkilinə görə Sosial Tədqiqatlar Mərkəzinə təşəkkür edib. O, Koalisiyanın Daxili İşlər Nazirliyi ilə imzaladığı Əməkdaşlıq Memorandumunun 3-cü maddəsinin 1-ci yarımbəndinə əsaslanaraq, insan alveri ilə mübarizə sahəsində sosial tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Mehriban Zeynalova həmçinin koalisiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, ötən illər ərzində bu sahədə
görülən işləri, həyata keçirilən tədbirləri və icra olunan layihələri xatırladıb.

 

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Ramil Kazımov isə çıxışında koalisiyanın fəaliyyətinin təkmilləşdirilməsində və inkişafında maraqlı olduqlarını bildirib. O, eyni zamanda nazirliyin vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda daim açıq olduğunu vurğulayıb.

 


Daha sonra koalisiyanın üzvləri – Zaur İbrahimov, Şəmsəddin Əliyev, Vüsalə Hüseynli, Zülfiyyə Nuriyeva, Nailə İsmayılova, Kəmalə Aşumova, Mehriban Abdullayeva, Fariz Əkbərov və digərləri mövzu ətrafında çıxış edərək əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək fəaliyyətlər barədə təkliflər irəli sürüblər.
Görüş zamanı Azərbaycanın insan alveri ilə mübarizə sahəsində əldə etdiyi müsbət nəticələr qeyd olunub. Həmçinin koalisiyanın fəaliyyətinin təkmilləşdirilməsi, monitorinqlərin aparılması, məlumatlandırma tədbirləri və digər təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Sosial Tədqiqatlar Mərkəzinin bu sahəyə verdiyi töhfə və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı