Xəbərlər 20.02.2025 12:22 245

“Sosial ədalət qadın və kişilərin bərabər hüquqlara sahib olmasını təmin edir” - QHT sədri

20 fevral - Dünya Sosial Ədalət Günü ilə əlaqədar QHT.az-a açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva sosial ədalətin cəmiyyətin hər bir fərdini əhatə edən mühüm bir anlayış olduğunu qeyd edib.

QHT sədri sosial ədalət anlayışını, sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən ədalətli münasibətlər kimi açıqlayıb. O, həmçinin Platonun sözlərinə istinad edərək bildirib ki, “hüquqlar və sosial ədalət yalnız azad insanlar arasında mövcuddur.” Zenfira Mustafayeva qadınların cəmiyyətdə hüquqlarına uyğun olaraq iqtisadi, siyasi və digər sahələrdə kişilərlə bərabər hüquqlara malik olmalarını vacib sayır:

“Qadın hər zaman, tarix boyu, öz bacarıq və qabiliyyətini sübut etmişdir. Qadın hökmdarlar, sərkərdələr, dövlət başçıları, nazirlər haqqında məlumatımız olub. Dövlətimiz hər bir sahədə islahatlar aparır, həmçinin insan haqlarının müdafiəsi sahəsində də böyük işlər görülür. Sosial ədaləti bərpa etmək məqsədi ilə qadınlarımız, öz bilik və bacarıqlarına rəğmən, yüksək vəzifələrə təyin edilir, parlamentdə çoxluq təşkil edirlər. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən təşkilatlardan biri olaraq, bizim də əsas məqsədimiz qadınların iqtisadi və sosial cəhətdən asılılığının qarşısını almaq və onların bilik və bacarığını artırmaqla kişilərlə bərabər cəmiyyətə və ailəsinə töhfə verən şəxsə çevirməkdir".

İctimai Birlik rəhbəri həm dövlətin, həm də təşkilatların qadınların hüquqlarının müdafiəsi və sosial ədalətin bərpası sahəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb:

“Sosial ədalətlilik qadınların və kişilərin hüquqlarının bərabərliyi və dövlətimizin inkişafında bərabər olaraq iştirak edərək töhfə vermələrini təmin edir.”

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı