Xəbərlər 20.02.2025 18:42 2347

Şəhid övladı faciəvi şəkildə dünyasını dəyişdi

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu Ayxan Əzizov bədbəxt hadisə nəticəsində həyatını itirib.

QHT.az xəbər verir ki, bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən bildirilib. Qeyd olunur ki, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib. İlkin məlumata görə, Ayxan ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

QHT.az olaraq vəfat edən balamıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Şəhidimizin əmanətinə Allah rəhmət eləsin!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı