"Nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün görüş keçirdik" - QHT sədri / FOTOLAR
İz- mədəniyyətin inkişafına dəstək ictimai birliyi həssas qruplardan olan uşaqlarla " Ətraf və əlaqə qurma " mövzusunda görüş keçirdi.
Bu barədə İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, görüşün əsas məqsədi, nitq və eşitmə məhdudiyyətli uşaqların incəsənət vasitəsilə özlərini ifadə etmələrini dəstəkləmək və onların ətraf mühitlə daha yaxşı əlaqə qurma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaq üçün keçirildi:
"Görüşdə iştirak edən uşaqların hər birinin ayrı- ayrı sənət bacarıqları vardı. uşaqlar, digər uşaqlardan fərqli olaraq müəyyən özəlliklərə və bacarıqlara, xüsusi istedada malikdirlər. Qərara aldıq ki, bu bacarıqlarını inkişaf etdirmək və geniş auditoriyaya təqdim etmək üçün yeni layihə üzərində çalışaq. Bu həm də uşaqların yaradıcı potensialını ortaya qoymağa, onların özünə inamını artırmağa və sosial inteqrasiyalarını gücləndirməyə yönəlməyinə kömək edəcəkdir".