Xəbərlər 14.03.2025 17:00 225

S.Qurbanov: “Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan birinə çevrilməsi mühüm naliyyətdir”

Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan birinə çevrilməsi mühüm naliyyətdir.

Bu sözləri Prezident İlham Əliyevin “Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxışı ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  söyləyib. 

O bildirib ki, XII Qlobal Bakı Forumunda  Prezident İlham Əliyev regionda  təhlükəsizliklə bağlı çox mühüm məsələlərə toxunub.Dövlət başçısı Fransanın Ermənistanı müharibəyə sürüklədiyini vurğulayır. Cənab Prezident   Fransa və onun Prezidenti  Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəldiyini bildirb. İlham Əliyev:  “Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var”. 

S.Qurbanov: “ Regional təhlükəsizliyin təmin olunması üçün Azərbaycanının daha da güclü olmasını zəruridir.”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı