Xəbərlər 19.03.2025 12:00 386

Kiyevdə partlayışlar olub 

Bu gecə Ukrayna səmasında Rusiyanın "Şahed" tipli kamikadze pilotsuz təyyarələri aşkarlanıb.

QT.az xəbər verir ki, Kiyev və digər bölgələrdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə edilib.

  • Kiyev: Hava hücumu sirenləri səslənib, şəhərin mərkəzi rayonlarında hava hücumundan müdafiə sistemi işləyib.
  • Buça: 60 yaşlı kişi yaralanıb, üç yaşayış məntəqəsində evlər zədələnib.
  • Sumi: Rusiyaya məxsus pilotsuz təyyarə regional klinik xəstəxananın damına çırpılıb, xəsarət alan yoxdur.
  • Dnepropetrovsk və Xarkov: Hava hücumundan müdafiə əməliyyatları aparılıb.

Ukrayna prezidenti Zelenski gecə ərzində 40-a yaxın hücum dronunun aşkar edildiyini bildirib. ABŞ 30 günlük atəşkəs təklif etsə də, Moskva yalnız enerji obyektlərində atəşi dayandırmağa hazır olduğunu bildirib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı