"Milli dəyərlərimizdən gələcəyə baxış" mövzusunda görüş keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Şamaxı rayonu üzrə nümayəndələri Fuad Mərdanlı və Aytən Ədilovanın təşəbbüsü, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxı Yaradıcılıq Mərkəzində "Milli dəyərlərimizdən gələcəyə baxış" mövzusunda görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, həkim Nəzakət Adburazaqova, Əməkdər Mədəniyyət İşçisi Fatmaxanım Quliyeva, rayon ziyalıları Əlşiraz İbrahimov və Sakit Məmmədov çıxış ediblər.