Xəbərlər 09.04.2025 00:52 184

Azərbaycanın “Ekspo 2025”də təmsil olunması müzakirə olundu

Azərbaycan Prezidentinin köməkçisi və “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissar Anar Ələkbərov Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə aprelin 13-də işinə başlayacaq “Ekspo 2025”də Azərbaycanın milli pavilyon səviyyəsində təmsil olunması və ölkəmizin ümumdünya sərgisində uğurlu iştirakı məsələləri müzakirə edilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon, “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşəcək və “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı