Sadiq Qurbanov: “Azərbaycan dünyanın qaz təchizatında mühüm yer tutur”
Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışını şərh edərəkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır bu təsadüfi deyil:
"Biz dünyanın qaz təchizatında mühüm yer tutururuq. Bütün bunlar düzgün hədəflənmiş enerji siaysətinin nəticəsidir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və siyasi varis Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".