Xəbərlər 16.05.2025 11:15 53

UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Doktorantura pilləsinə qəbul ali təhsilin magistratura səviyyəsini başa vurmuş (magistr dissertasiyasını müdafiə etmiş) və ya ona bərabər tutulan təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.

QHT.az xəbər verir ki, sənədlər 2 iyun 2025-ci il tarixinədək portal.edu.az platforması üzərindən elektron şəkildə (PDF formatında) təqdim olunmalıdır. Qəbul olunan iddiaçılar iyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Xarici dil” fənni üzrə imtahanda iştirak edəcəklər. Bu imtahanda keçid balı toplamış şəxslər “Fəlsəfə”, daha sonra isə “İxtisas” fənləri üzrə imtahanlara buraxılırlar.

“Fəlsəfə” fənni üzrə imtahanın 2–4 sentyabr 2025-ci il tarixlərində, “İxtisas” fənni üzrə imtahanın isə 9–11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı