Xəbərlər 21.05.2025 19:17 101

Qarabağ Universitetində psixoloqların peşəkar inkişafına dair layihə icra olunub - FOTOLAR

“Gənc Psixoloqlar” İctimai Birliyi “Gələcək qurucular – azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək psixoloqların peşəkar inkişafı” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, 2025-ci il 18-19 may tarixlərində layihə çərçivəsində Qarabağ Universitetində tələbələrin psixoloji müdaxilə bacarıqlarının inkişafına dair simulyativ dərslər təşkil olunub. Dərslər zamanı interaktiv təlimlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib. Dərslərə Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb edilib.

İctimai Birliyin sədri Orxan Oruczadə bildirib ki, layihə psixoloji reabilitasiya potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir. Layihənin sonunda iştirakçıların praktiki biliklərinin real mühitdə tətbiqi üçün psixoloji dəstək təşəbbüslərinə cəlb olunması nəzərdə tutulur.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı