Aygun Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin məhdud təmsilçiliyinə diqqət çəkib
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin sessiyasında Qlobal Cənub QHT Platformasından bəhs olunub.
2025-ci il mayın 27-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva BMT-nin Baş Qərargahında təşkil olunan BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyasında çıxış edib.
“Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin Sürətləndirilməsi: Dəyişikliklərə Təsir edən Cənub-Cənub Əməkdaşlığı” mövzusuna həsr edilən sessiyada Aygün Əliyeva bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları Qlobal Cənub ölkələrinin QHT-ləri ilə əməkdaşlığı dərinləşdirməkdədir. A.Əliyeva qeyd edib ki, bu yaxınlarda 116 ölkədən nüfuzlu QHT-lərin iştirakı və güclü dəstəyi ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. O, BMT-nin bir sıra məsul şəxslərinin də təsis konfransında iştirak etdiyini vurğulayıb. Həmçinin məlumat verilib ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək.
A.Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin Qlobal Şimalla müqayisədə məhdud təmsilçiliyinə də diqqət çəkib