Xəbərlər 07.07.2025 09:35 23

Sadiq Qurbanov: “Xankəndi görüşü qətiyyətli siyasi iradənin, ortaq mədəni dəyərlərin və gələcək vizionunun birgə təcəssümüdür”. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 4 iyul 2025-ci ildə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə münasibət bildirərkən QHT.AZ saytına açıqlamasında söyləyib.

S.Qurbanov onu da qeyd edib ki, Xankəndi görüşü təkcə iqtisadi və siyasi əhəmiyyətinə görə deyil həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi mesajlara görədə mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev:

”Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı