Aşeron yarımadası Azərbaycanın sənaye və neft tarixinin beşiyidir. Lakin bu tarix təbiət üçün ağır izlər də qoyub. Uzun illər davam edən neft hasilatı, lay sularının idarə olunmaması və sənaye fəaliyyəti nəticəsində torpaqlar çirklənib, təbii landşaftlar pozulub, bir sıra ərazilərdə neft gölləri və çirklənmiş sahələr yaranıb.
Rəsmi ekoloji məlumatlarda ölkədə neftlə çirklənmiş torpaqların böyük hissəsinin 25 min hektardan çoxunun Abşeron yarımadadının payına düşdüyü göstərilir.
Bu Abşeronun yalnız dünəni deyil, bu gün də qarşımızda duran ciddi ekoloji məsələdir. Müasir tədqiqatlar neft şlamlarında ağır metalların, o cümlədən qurğuşun, kadmium, vanadium və nikelin mövcudluğunu göstərir. Amma Abşeronun gələcəyi yalnız problemlərdən ibarət deyil.
Çirklənmiş torpaqların rekultuvasiyası, yaşıllaşdırma, fitoremediasiya və müasir təmizləmə texnologiyalarının tətbiqi ilə bu ərazilərin bir hissəsini yenidən həyata qaytarmaq mümkündür. Abşeron yarımdadası bizə bir həqiqəti xatırladır: təbiətə vurulan zərərin izi uzun illər qalır, amma düzgün iradə və məsuliyyətlə onun yaralarını sağaltmaq mümkündür. Dünənin neftlə çirklənmiş torpaqları sabahın yaşıl məkanlarına çevrilməlidir. Bu təkcə dövlətin deyil,həmdə hər birimizin mənəvi borcudur.
“Mühit”Ekoloji Mühafizə İB-nin Sədri Əzizağa Hünbətəliyev






