Dövlətimiz də, təhsilə önəm verməklə, beynəlxalq təhsilin təcrübəsini və ənənəvi təhsilimizin dəyərlərini əsas tutaraq yeni, rəqabətə davamlı təhsil sistemi qurmağı hədəfləyir.
Təhsil bütün insanların diqqətində olmaqla, hər bir ailənin həyat tərzinin bir hissəsidir.
Bu baxımdan yeni tədris ilinin başlanması bir bayrama çevrilir. Bütün bunları nəzərə alaraq ölkəmizdə 15 sentyabr " BİLİK GÜNÜ" kimi qeyd olunur. Bu, dövlətimizin təhsil işçilərinə, məktəbə ilk dəfə qədəm qoyan balaca fidanlara, tələbə adını qazanaraq universitetlərə daxil olmuş birinci kurs tələbələrinə, onların valideynlərinə dövlət səviyyəsində diqqət və qayğının təzahürüdür.
Salyan rayon ziyalıları və rayon ictimaiyyəti adından "BİLİK GÜNÜ" münasibətilə bütün təhsil işçilərini, müəllimləri, tələbə və şagirdlərimizi, valideynləri səmimi qəlbdən təbrik edir və yeni tədris ilində uğurlar arzulayıram. Bayramınız mübarək!
Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim Allahverdi Piriyev






