Türk Dövlətləri Təşkilatının son illərdə çox ciddi aktor kimi formalaşması üzv dövlətlərin birliyinin və əzminin nəticəsidir.
QHT.az report.az-a istinadən bildirir ki, məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik Türkiyə Prezident Administrasiyasının Kommunukasiya İdarəsi tərəfindən Bakıda keçirilən "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" adlı paneldə deyib.
O, çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərini xüsusi vurğulayaraq bu qələbəni ölkənin gücünün göstəricisi kimi dəyərləndirib.
Baş müşavir çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) bugünkü regioanl və beynəlxalq əhəmiyyətini də vurğulayıb: "TDT-nin son illərdə çox ciddi aktor kimi formalaşdığı göz qabağındadır. Bu, təşkilata üzv dövlətlərin birliyinin və əzminin nəticəsidir".
S.Sertçelik həmçinin bildirib ki, beynəlxalq arenadakı mövcud təhdidlər türk dövlətlərinin birgə hərəkət etmələrini zərurətə çevirib.






