Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün İçərişəhərə ekskursiya təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən ekskursiya çərçivəsində iştirakçılar İçərişəhərin qədim tarixi, zəngin mədəni irsi və memarlıq nümunələri ilə tanış olublar. Ekskursiya zamanı Qız qalası da ziyarət olunub, iştirakçılara abidənin tarixi və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Məqsəd benefisiarların tarixi-mədəni irsimizlə yaxından tanış olmaları, asudə vaxtlarını səmərəli keçirmələri və sosial-mədəni fəaliyyətlərdə fəal iştiraklarına dəstək göstərmək, əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasına, sosial bacarıqlarının inkişafına və özünəinamlarının artırılmasına töhfə verməkdir.












