“Whatsapp” sosial media platforması istifadəçilərə şəxsi məlumatlarının xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyi təmin etmək üçün istifadəsinə icazə verməyə məcbur etdiyinə görə 5,5 milyon avro cərimələnib.
QHT.az xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) ABŞ-da yerləşən texnologiya şirkəti "Meta"-ya məxsus sosial media platforması olan "Whatsapp"-ı Avropa İttifaqının (Aİ) məxfilik qaydalarını pozduğuna görə cərimələyib. Komissiya, istifadəçilərin şəxsi məlumatlarının xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyini təmin etmək üçün istifadəsinə icazə verməyə məcbur etdiyinə görə Whatsapp söhbət proqramını 5,5 milyon avro cərimələyib.

Mövzu ilə bağlı "Whatsapp" səlahiyyətliləri tərəfindən verilən açıqlamada ədalətsiz qərarın Apellyasiya Məhkəməsinə çıxarılacağı bildirildi və "Müraciətin işləmə tərzinin həm texniki, həm də hüquqi baxımdan uyğun olduğuna inanırıq" ifadələri işlədilib.