6 ildir Yeni Zelandiyaya rəhbərlik edən baş nazir Ardern, “Artıq gücüm yoxdur” deyərək, oktyabr seçkilərini gözləmədən istefa verib.

QHT.az xəbər verir ki, Yeni Zelandiyanın baş naziri Jacinda Ardern istefa verəcəyini açıqlayıb. Anketlərdə passiv olan Ardern, vəzifədə qalmaq üçün gücünün qalmadığını söyləyərək sürpriz qərarını açıqladı. “Siyasətçilər də insanlardır. Bacardığımız qədər əlimizdən gələni edirik” deyən baş nazir, əgər işdən çıxmasaydı, ölkəsinə zərər verəcəyini dedi. Ardern paytaxt Vellinqtonda verdiyi açıqlamada, "Mən bilirəm ki, artıq bu işin tələblərinə cavab verəcək gücüm yoxdur" - deyə ifadə edib.