Xəbərlər 16.11.2022 21:04 1201

Gəncə Regional Qadın Mərkəzi “Gender məktəbi” layihəsi çərçivəsində növbəti tədbiri keçirib - FOTO

Gəncə Regional Qadın Mərkəzi ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsində nəzərdə tutulan tədbirləri uğurla davam etdirir. 

QHT.az xəbər verir ki, layihənin məqsədi məktəblərdə Gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir. Sabunçu rayonu Maştağa kənd 209 nömrəli tam orta məktəbin 8-9-cu siniflərində təhsil alan 72 qız və oğlan şagirdlərlə görüş təşkil edilmişdir. Şagirdlərin genderlə bağlı bilikləri yoxlanıldıqdan sonra onlara yeni məlumatlar verildi. Həmçinin şagirdlər təhsildə, o cümlədən onların məktəbində gender göstəriciləri ilə tanış oldular. Görüş müddətində təhsilin həyatda tutduğu önəmli yerdən, təhsildən yayınmanın fəsadları barədə müzakirələr aparıldı. Şagirdlərə karyera seçimi ilə bağlı məsləhətlər verildi.

209 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri ilə Gender bərabərliyi, təhsildə gender göstəriciləri, təhsildən yayınmanın səbəbləri, qızların təhsil hüquqları, peşəyə yönləndirmə və s. haqqında müzakirələr keçirildi.

Şagirdlərin müəllimləri ilə keçirilmiş görüşdə onlar şagirdləri ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artırdılar. Müəllim- şagird-valideyn münasibətləri, icma ilə iş, qızların təhsilə cəlb edilməsinin yolları, valideynlərin məktəbə cəlb edilməsi əsas müzakirə mövzusu oldu. Növbəti mərhələdə şagirdlərin universitetlərə infoturu gözlənilir. 

Layihə fəaliyyətləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş gender bərabərliyi, Azərbaycan Respublikasında qəbul edilmiş Gender bərabərliyi haqqında qanunun məqsədlərinə uyğun olaraq davam edir. Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.

Fotolar


Paylaş


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı