Xəbərlər 13.05.2025 15:05 52

Şəhid ailələrinin Çanaqqala ziyarəti - VİDEO

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA Bakı) təşkilatçılığı, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində şəhid ailələri Türkiyənin Çanaqqala şəhərinə ziyarət ediblər.

QHT.az xəbər verir ki, ziyarətə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik heyət qatılıb. Layihənin əsas məqsədi Çanaqqala zəfərinin tarixi irsi ilə Azərbaycan şəhid ailələrini yaxından tanış etmək, həmçinin iki qardaş ölkə arasında mənəvi bağları daha da möhkəmləndirməkdir.

Ziyarət zamanı iştirakçılar Çanaqqala döyüşlərinin baş verdiyi əraziləri, şəhidlikləri və muzeyləri ziyarət edib, Türkiyə xalqının qəhrəmanlıq mübarizəsi ilə tanış olublar. 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı