Xəbərlər 13.02.2023 15:05 2829

Masallı taekvondoçuları Bakıdan 8 medalla geri dönüblər  

Masallı taekvondoçuları Bakıdan 8 medalla geri dönüblər  

Fevralın 12-də Bakı şəhərində keçirilən taekvondo idman növü üzrə “Fortis Group”un təşkil etdiyi klublar arası Liqa yarışlarında 27 komanda tərkibində 350 idmançı gücünü sınayıb.
Uşaq, yeniyetmə və gənclər arasında təşkil olunan döyüşlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin taekvondoçuları uğurlu nəticə əldə ediblər. İdmançılardan Hüseyn Sadıqlı (33 kq), Mətləb Əliyev (49 kq) birinci, Füzuli Musayev (21 kq) ikinci, Malik Babayev (24 kq), Pünhan Heydərli (33 kq), Ədiş Cəlilov (37 kq), Əli Dadaşzadə (45 kq), Vüsal Vəliyev (63 kq) üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, taekvonduçuları yarışlara məşqçi-müəllim Sadiq Ağayev hazırlayıb.

Akif AĞAYEV 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı