Xəbərlər 07.03.2023 15:16 1454

Ermənistanın Qarabağda nəzarətsiz alternativ yollardan istifadə etməsi yolverilməzdir – Hüquq müdafiəçisi

Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bir neçə şərtini pozmaqda davam edir. Onlar Laçın-Xankəndi yolundan sui-istifadə edərək silah və qanunsuz yüklərin daşınmasını həyata keçirir. O cümlədən Azərbaycanın təbii sərvətləri talanaraq Ermənistana daşınır. Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya nəticəsində təbii sərvətlərimizin daşınmasının qarşısı alınıb. Ermənilər bu aksiya səbəbindən həmin yoldan istədikləri kimi istifadə edə bilmirlər. Amma buna baxmayaraq, təəssüf ki, yenə də mənfur əməllərinə son qoymurlar. Təbii ki, bunun qarşısı alınmalıdır. Ermənilər martın 5-də səhər saatlarında növbəti təxribata əl atdılar. Azərbaycan Ordusu bu dəfə də qətiyyət göstərərək təxribatın qarşısını aldı.

QHT.az bildirir ki,  Bu fikirləri AZƏRTAC–a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

Ermənistanın nəzarətsiz alternativ yollardan istifadə etməsinin yolverilməz olduğunu vurğulayan Sahib Məmmədov deyib: “Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu da həmin yollardan biridir ki, ermənilər ondan istifadə edərək qanunsuz daşımalar həyata keçirir, həmçinin ərazilərimizə yerləşdirmək üçün minalar daşıyırlar. Ermənistan bu yoldan istifadə etməklə Laçın-Xankəndi yolundan erməni nəqliyyat vasitələrinin keçməsinə maneə törədirlər ki, blokada görüntüsü yaratsınlar. Əslində, onlar Rusiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrindən istifadə edirlər. Bununla da dünyaya məlumat yayırlar ki, guya yol blokadaya alınıb, erməni nəqliyyat vasitələri keçə bilmir. Əslində, bu vəziyyətə özləri maneə olurlar. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində sonuncu vəsatəti də bununla bağlı idi.

 

“Azərbaycan Xarici İşlər Nazirliyi və digər dövlət orqanları, baş vermiş bu insidentlə bağlı bütün dünyaya, o cümlədən aidiyyəti beynəlxalq qurumlara və qeyri-hökumət təşkilatlarına məlumat verməli, sübutlar təqdim etməlidir. Eyni zamanda, Ermənistanın nəzarətsiz alternativ yollarla silah daşımalarını sübut edən faktları, Beynəlxalq Ədalət Məhkəməsinə əlavə məlumat olaraq təqdim edilə bilər”, - deyə Sahib Məmmədov diqqətə çatdırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı