Tovuzda 59 yaşlı kişini maşın vuraraq öldürdü
Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
QHT. az APA-a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
1969-cü il təvəllüdlü Camal Məmmədov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.
O aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır