Xəbərlər 22.03.2023 13:34 1418

Şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 44 günlük Vətən müharibəsinin şəhidi baş leytenant Yaqublu Əliqismət Mükafat oğlunun Lerik rayonunda yaşayan ailəsini ziyarət edib.

 

Müharibədə şərəfli döyüş yolu keçmiş Əliqismət Yaqublu Daşaltının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

 

Görüşdə şəhidimizin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilib, qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Dövlət başçısının göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər qeyd olunub.

 

Şəhid Əliqismət Yaqublunun ailəsi ilə bağlı olaraq da dəstək tədbirləri həyata keçirildiyi, ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı