Qrantlar 23.04.2023 17:00 14487

850 minlik QRANT Müsabiqəsi - ELAN

Layihə barədə məlumat

“Lənkəran-Astara İqtisadi Rayonunda (LAİR) Meyvə-Tərəvəz Sektorunda Rəqabət Qabiliyyətinin, Əməkdaşlığın və Müasirləşmənin Təşviqi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyi tərəfindən birgə icra olunur.

Layihənin ümumi məqsədi Lənkəran-Astara İqtisadi Rayonunda müasir və rəqabətədavamlı Meyvə və Tərəvəz Dəyər Zəncirlərinin (MTDZ) işlənib-hazırlanmasıdır. Bu, uzunmüddətli perspektivdə aşağıdakılarla nəticələnəcək: (i) daxili və xarici bazarlara daha səmərəli çıxış; (ii) hədəf  Dəyər Zəncirlərində (DZ) əldə edilən maliyyə üstünlüyünün daha ədalətli bölüşdürülməsi; və (iii) kənd yerlərində mövcud yoxsulluq səviyyəsinin aşağı düşməsi. 

Bu nəticələrə nail olmaq üçün layihə MTDZ-lərin iştirakçılarını müasir (istehsal/emal/logistika/marketinq) vasitələr və xidmətlərlə təmin etməklə onların səriştələrini artırmağa çalışır. 

Ümumilikdə, uzunmüddətli perspektivdə layihənin bütün səviyyələrdə əldə edəcəyi nəticələrdən ən azı 3000 nəfərin, o cümlədən kəndlərdə yaşayan ailələrin üzvləri, işçilər və hədəf DZ-lərində fəal olan digər iştirakçıların son benefisiarlar kimi yararlanması gözlənilir. 

Ən azı 35 uyğun benefisiar layihə çərçivəsində 3 milyon avro dəyərində dəstək mexanizmi resurslarına çıxış əldə edəcək və layihə yardımından yararlana biləcək. Layihə sənədində qeyd edildiyi kimi, bu fəaliyyət çərçivəsində nağdsız qrantlar veriləcək.


QRANT MÜSABİQƏSİNİN KİMLƏR QOŞULA BİLƏR?

Qrant almaq və Dəstək Mexanizmi çərçivəsində maliyyələşdirilmək üçün müraciət edən LAİR-də MTDZ-lərə cəlb olunmuş üfüqi və/və ya şaquli şəkildə inteqrasiya olunmuş Birgə Təşəbbüslər olmalıdır:

• Qeyri-rəsmi təsis edilmiş Meyvə-Tərəvəz (MT) dəyər zənciri iştirakçıları (minimum 10 üzv), o cümlədən kənd təsərrüfatı xidməti təminatçıları;

• Üzvlərinin maksimum 10 ha torpaq sahəsi olduğu fermer birlikləri

• Kooperativlər və birliklər;

• Minimum 20 MT istehsalçısı/yetişdiricisi ilə birləşmiş MT aqreqatorları;

• Qadın qrupları (minimum 10 üzv);

• Gənclərin qrup halında təşəbbüsləri (minimum 10 üzv);

• Mikro (minimum 10 MT istehsalçısı/yetişdiricisi ilə birləşmiş), Kiçik (minimum 20 MT istehsalçısı/yetişdiricisi) və Orta (minimum 30 MT istehsalçısı/yetişdiricisi) Sahibkarlar.

 

QRANT MÜSABİQƏSİNƏ QATILMAQ ÜÇÜN HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?


Ərizəçi aşağıdakı sənədləri zərfdə təqdim etməlidir:

• Biznes planı da daxil olmaqla, tamamlanmış  ərizə forması (forma üçün bax: Əlavə 1: Əlavə 1.A – Mikro, Kiçik və Orta Müəssisələr (MKOM) tərəfindən rəhbərlik edilən BT-lər üzrə ərizə forması, Əlavə 1.B - digər BT növləri);

•  Ərizəçi qeyri-rəsmi təsis edilmiş fermerlər qrupu olarsa, ümumi Aktivlərin İstifadəsi üçün notarial qaydada təsdiq edilmiş Müştərək Üzvlər Sazişi (forma üçün bax: Əlavə 3 );

• MKOM və digər növ rəsmi BT-lər üzrə qeydiyyat sertifikatı;

• MKOM-un son üç il üzrə maliyyə hesabatları;

• Müştərək maliyyələşmə məktubu (forma üçün bax: Əlavə 4).

Qeyd: BT-nin rəhbəri tələb olunan bütün sənədləri təqdim etməlidir.

 

Qrant ərizəçiləri üçün təlimatları BURADAN yükləyə bilərsiniz.

Əlavə 1.  Ərizə Formaları:
1) MKOM Ərizə Forması

2) BT Ərizə Forması

Əlavə 2. Qiymətləndirmə Cədvəlləri 

MKOM Qiymətləndirmə Cədvəli

BT Qiymətləndirmə Cədvəli

Əlavə 3. Müştərək Üzvlük Müqaviləsi Forması 

Əlavə 4. Müştərək maliyyələşmə məktubu 

Əlavə 5: Aktivlərin Köçürülməsi Forması 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı