Bir azərbaycanlı ailəni sel apardı
Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində güclü yağışlardan sonra yaranan sel daşqını bir ailənin üç üzvünü aparıb.
QHT.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumatda ailənin iki üzvünün yaralı vəziyyətdə xilas edildiyi, 8 yaşlı uşağın isə boğularaq öldüyü bildirilib.
Qeyd edək ki, iyunun 8-də İranın 22 əyalətində baş verən sel nəticəsində 8 nəfər həyatını itirib.