Xəbərlər 09.06.2023 15:03 2611

İştaha təsir edən amillər hansılardır?

“Gün uzandığı üçün insanlar yuxu rejiminə də əməl etməyirlər, həddindən çox gec yatıb, gec oyanırlar. Bu da iştaha təsir edən amillərdən biridir. Gecə 11-dən sonra mütləq yatmaq lazımdır. Əks halda hormanal balans pozulur, bu da qidalanmaya təsir edir”.- bunu Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.  

Beynəlxalq ekspert qeyd edib ki, bir insan orqanizminin sağlam, enerjili, gündəlik öz həyat funksiyalarını yerinə yetirməsi üçün 40-70-ə qədər makro və mikro elementlər lazımdır ki, məhz bunu qidalar vasitəsilə alır: “Mövsümündə olan xiyar, pamidor, göyərtilər və yay meyvələri tükətilməlidir. Belə ki, mütləq qidalarımıza diqqət etməli, mənşəyi bəlli olan qidalardan istifadə etməliyik ki, makro və mikro elementləri alaq. Bunlar karbohidratlar, yağlar, zülallar başa düşülür. Günlük karbohidrat ehtiyacımızı almalıyıq ki, enerjili olaq. Zülal ehtiyacımızı almalıyıq ki, əzələ itgisi olmasın. Daxili orqanlarımız zülaldan ibarət olduğu üçün zülal tərkibli qidalar vazkeçilməzlərdəndir. Yağ da makroelementlərdəndir ki, həm bitgi, həm heyvan mənşəli yağlardan ala bilər”.

Ekspert həmçinin vurğulayıb ki, bu kimi qidalarla yanaşı meyvə tərəvəzlər, çərəzlər də zəngin qidalar hesab olunur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı