Xəbərlər 27.05.2025 09:03 90

Qana təmsilçisi iqlim dəyişmələrinin qadınlara təsirindən danışıb - VİDEO

Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü- Qana “Arzuların arxasında” təşkilatının təmsilçisi Portiya Adu-Mensa təəsüratlarını bölüşüb:

QHT.az xəbər verir ki, onun sözlərinə görə, yaşadığı icmada daşqınların və quraqlıqların yüksək səviyyədə olması məhsuldarlığa ciddi təsir edir:

"Çünki Qanada biz əsasən kənd təsərrüfatı ilə məşğuluq və bu bizə çox böyük ziyan vurur. Ancaq iqlim dəyişmələrinə ən çox məruz qalan qadınlardır. "Dream Hunt" təşkilatı olaraq çalışırıq ki, gənclərdən ibarət ətraf mühit fəallarını yetişdirək. Onlar yerli dialektlərdə təşəbbüsləri paylaşaraq insanlara iqlim dəyişmələrinin səbəblərini və onların bu dəyişikliklərdən necə təsirləndiklərini başa sala bilsinlər.".

Ətraflı videoda:

 

 

Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı