AzTV əməkdaşlarına hücuma Fransa səfrindən reaksiya
Fransada AzTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənirəm.
QHT. az Axar.az -a istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.
"Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə səfir bildirib.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıb, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.