Xəbərlər 14.07.2023 09:24 1660

Evimizin içində təhlükə var

Dünyada ən çox oynanan oyunlar arasında yer alan Roblox xüsusilə uşaqlar tərəfindən seçilir. Oyunla bağlı montaj edilən və milyonlarla istifadəçi ilə kanallarda paylaşılan videoları xüsusilə uşaqlar izləyir.

QHT.az xəbər verir ki, uşaqlar gördüklərini həm oyunda, həm də real dünyada tətbiq etmək istəyirlər. 5 milyondan çox baxışı olan bir kanaldan "Sevgilimi aldatdım"! O, həqiqətən məni aldatdı!” Bu kimi onlarla video milyonlarla baxış qazanır. Videoda gördüklərini təqlid edən, makiyaj edən, yaşadıqları dünyadan fərqli davranan qızların sayı günü-gündən artır.

Mütəxəssislər bu vəziyyətin mümkün zərərlərinin gözlənildiyindən daha sarsıdıcı olduğunu ifadə edərək, “Qızların yeniyetməlik dövründə bədən qavrayışları mənfi inkişaf edərsə, kifayət qədər gözəl olmadıqlarını düşünərək özlərinə inamları azalır. Sağlam olmayan, başqalarını meyar kimi qəbul edən, ideal olmayan, lakin özü üçün real olmayan mənlik formalaşır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı