Xəbərlər 01.05.2025 09:40 116

Trampın tarifləri ABŞ-da Milad hədiyyələrini təhlükə altına atır

Donald Trampın Çin idxalına tətbiq etdiyi 145%-lik tarif Milad bayramını risk altına salır. Çünki ABŞ-da satılan oyuncaqların 80%-i və Milad məhsullarının 90%-i Çindən gətirilir.

QHT.az xəbər verir ki, tariflər təkcə idxalı deyil, həm də ABŞ-da istehsalı çətinləşdirib. Oyuncaq şirkətlərinin 80%-i Çindən sifarişləri ləğv edib, yarısı isə yaxın vaxtlarda işlərini dayandıra biləcəklərini bildirib.

Amerika Oyuncaq Sənayesi Assosiasiyası xəbərdarlıq edib ki, istehsal bərpa olunmasa, bu il oyuncaqlar çatışmayacaq. Mağaza sahibləri də xəbərdarlıq edir: bu Milad əvvəlkilərə bənzəməyəcək – rəflər boş, qiymətlər isə ikiqat olacaq.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı