Xəbərlər 21.07.2023 20:58 1900

Zəngilan məktəbində vacib mövzularda təlimlər təşkil olunub

ABŞ-ın Azərbaycandakı səfirliyi “Ağalıda “ağıllı” yaşayış tərzi” layihəsinin bağlanış mərasimində iştirak etməkdən məmnun qalıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 4 saylı Zəngilan məktəbindən olan 28 şagird üçün təlimçilər tərəfindən ətraf mühit, “ağıllı” yaşayış tərzi, müasir texnologiyaların istifadəsi, liderlik qabiliyyətləri və analitik düşüncə kimi vacib mövzularda təlimlər təşkil olunub.
Məlumat üçün bildirək ki, bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir. Ailələrin növbəti köçü həyata keçiriləcək. Müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı