Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə SEMİNAR keçirilib - FOTOLAR
“Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində seminar keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
QHT.az- a xəbər verir ki, Beyləqan rayonunda təşkil olunan seminarda tərəfdaş qrumlar, Şəhid və qazi anaları, veteranlar və psixoloqlar iştirak ediblər. Seminarda iştirak edən layihə rəhbəri Xəlil Süleymanov bildirib ki, sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan qadınların məlumat bazası hazırlanıb: "Onlara təcrübəli mütəxəssislər tərəfindən psixoloji dəstək və motivasiya xarakterli görüşlər təkil ediləcək”.
Qeyd edək ki, növbəti günlərdə seminarlar Füzuli və Ağdam rayonlarında da həyata keçiriləcəkdir.
Pərvanə Fərhadqızı