"Təmiz Dünya"Qadınlara Yardım İctimai Birliyi “DƏYİRMİ MASA” keçirib - FOTOLAR
"Təmiz Dünya"Qadınlara Yardım İctiami Bİrliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin IAQMBI və Diasporlarala iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə diasporaların rolu” mövzusunda “DƏYİRMİ MASA”keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə, Dispaorlarla iş üzrə müxtəlif ölkələrin diaspora rəhbərləri, Beynəxlaq Mİqrasiya Təşkilatının Bakı nümyanədəliyi, QHT və KİV iştirak ediblər. Aşağıdakı mövzular müzakirə edilib. Tədbiri Diasporalaral İş üzrə Dövlət Komitəsindən Daşqın Rəcəbli açaraq insan alveri ilə bağlı mübarizənin əhəmiyyəti və Komitənin mübarizədə göstərəcyi dəstək barədə məlumat verib.
İnsan alverinə qarşı mübarizədə diasporaların dəstəyi, MFP-nı normativ hüquqi aktlar haqqında DİN-in İnsan alverinə qarşı Mübarizə Baş İdarəsi Baş əməliyyat müvəkkili Namənzadə Vamiq, İnsan alveri ilə mübarizədə Beynəlxlaq təcrübə haqqında BMqT-nın Azərbaycan Nümayəndəliyi Anar İskəndərov, İnsan alveri ilə mübarizədə QHT-lərin roluhaqqında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə Şurasının üzvü İbrahimli Zaur, insan alveri mübarizədə qaynar xətlərin rolu haqqında Ümidli Gələcək İB sədri Kəmalə Aşumova, xaricdə yaşayan qadınlar – gender əsaslı zorakılıq qurbanlarının problemləri, potensial qurbanlar haqqında “Ailə dünyası” ailələrə hüquqi yardım İB sədri Gülayə Səfərova, xaricdə yaşayan uşaqlar və onların problemləri haqqında Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə, çətinlikdə olan vətəndaşlarımızın Beynəlxlaq təşkilatlara müraciəti və çevik dəstək mexanizmi mövzusunda İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vusala Huseynli, Region reusurslarının imkanları mövzusunda Qadin Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım IB sədri Zenfira Mustafayeva çıxışlar ediblər.
Tədbirdə maraqlı təkliflər səsləndirilib. Komitə səslənən fikirləri yüksək qiymətləndirib və fəaliyyətin davamı ilə bağlı səylərin birləşəyəcəyini qeyd edibdir.
Pərvanə Fərhadqızı