Hindistan adını dəyişmək istəyir
Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hazırkı hökumət Hindistanın müstəmləkə keçmişinin simvollarından xilas olmaq üçün bir neçə abidənin, dəmiryol vağzalının və muzeyin adını dəyişdirib.
QHT.az xəbər verir ki, Hindistanın rəsmi adı ölkənin əsas müxalifət partiyası Konqres tərəfindən irəli sürülən iddialara görə "Bharat" olaraq dəyişdirilə bilər. Hindistan hökumətinin bu ayın sonunda çağırılacaq xüsusi sessiya zamanı məsələ ilə bağlı parlament qətnaməsini təqdim etmə ehtimalının yüksək olduğunu irəli sürülür. Dehlidə keçiriləcək G-20 sammitində iştirak edən xarici nümayəndələr “Hindistan prezidenti” deyil, “Bharat prezidenti” tərəfindən dəvət olunublar ki, bu da G-20-nin adında gözlənilən dəyişikliyə açıq işarədir. Ölkənin indiki adı "Hindistan"ın İngilislərin mirası olduğunu və buna görə də silinməli olduğunu bildiriblər.
Pərvanə Fərhadqızı