Xəbərlər 07.09.2023 11:40 1239

Ukrayna ABŞ-dan daha çox kasetli sursat alacaq

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya kasetli sursatların daha bir partiyasını göndərməyə hazırlaşır.

QHT.az xəbər verir ki, Vaşinqton qoşunların həmin sursatların tükənməyəcəyinə əmin olmaq üçün "daha çox və tezliklə göndərməyi" planlaşdırır. ABŞ rəsmiləri bu silahların Ukraynaya cənub cəbhəsində sürəti saxlamağa kömək etdiyini deyirlər.

Ukraynalı müdafiəçilər deyirlər ki, ABŞ kasetli sursatlarının gəlişi təkcə mənəviyyatı artırmayıb, həm də Rusiyanın cənubdakı müdafiə mövqelərini dağıtmağa, şərqdə rus qoşunlarına təzyiqi davam etdirməyə və Rusiyanın şimal-şərqdəki hücumlarının qarşısını almağa kömək edib. Kasetli sursatlar ilk növbədə düşmən piyadalarının məruz qaldığı vəziyyətlərdə istifadə olunur.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünyada geniş şəkildə qadağan edilən kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarını mərmi çatışmazlığı ilə izah edib.

 

Pərvanə Fərhadqız


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı