Xəbərlər 11.09.2023 11:24 1622

Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 29 sentyabr 2023-cü il tarixində İmişli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.

 Adları çəkilən rayonların sakinləri 20 sentyabr 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.  

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı