Xəbərlər 11.09.2023 17:50 1231

Mərakeş axtarış –xilasetmə işlərinə 4 ölkədən yardım təklifini qəbul edib

Mərakeş zəlzələdən sonra axtarış və xilasetmə işləri üçün yalnız İspaniya, İngiltərə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin yardım təkliflərini qəbul edib.

QHT.az xəbər verir ki, Mərakeşin Əl-Huz bölgəsində baş verən 6,8 bal gücündə zəlzələnin yaratdığı dağıntılarda axtarış-xilasetmə işləri davam edir. Dünyanın bir çox ölkəsi axtarış-xilasetmə işləri üçün Mərakeşə yardım təklif edərkən, Rabat rəhbərliyi yalnız 4 ölkənin təklifini qəbul edib. Mərakeş Daxili İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada, hazırda İspaniya, İngiltərə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin axtarış-xilasetmə qrupu göndərmək təklifinə müsbət cavab verdiyi bildirilib. Açıqlamada xarici qrupların işlərini koordinasiya etmək üçün Mərakeş səlahiyyətliləri ilə əlaqə saxladığı, koordinasiyanın olmamasının işə mənfi təsir göstərə biləcəyi səbəbiylə az sayda ölkənin yardım təkliflərinin qəbul edildiyi bildirilib. Nazirlik zərurət yaranarsa digər ölkələrdən də yardımların qəbul oluna biləcəyini açıqlayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı