Xəbərlər 15.09.2023 09:29 966

Rusiya iki amerikalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib, ABŞ-ın reaksiyası...

ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller bildirib ki, Rusiyanın ABŞ-ın Moskvadakı səfirliyindən iki diplomatı qovmaq qərarı cavabsız qalmayacaq. 

QHT.az xəbər verir ki, brifinq zamanı Miller Kremlin ABŞ diplomatlarını Moskvada persona non-qrata elan etmək qərarının əsassız olduğunu vurğulayıb. Dövlət Departamenti hesab edir ki, Rusiya Amerika diplomatik xidmətinin əməkdaşlarını təqib edir və konstruktiv diplomatik qarşılıqlı fəaliyyət əvəzinə eskalasiyanı seçib: “Rusiyanın bu yolu tutmasından təəssüflənirik və şübhəsiz ki, bizdən onların hərəkətlərinə müvafiq şəkildə cavab verəcəyimizi gözləmək olar”.

Bundan əvvəl Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin iki əməkdaşının başqa dövlətlə işləməkdə ittiham olunan Rusiya vətəndaşı ilə əməkdaşlıq etdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernşteyndən bir həftə ərzində ölkəni tərk etməyi tələb edib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı