Xəbərlər 20.09.2023 00:01 2663

Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib

Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib

Respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri, müharibə əlilləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. 
Belə ki, Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Qarabəy Nəsirov və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov Masallı şəhərində, Öncəqala, Şərəfə, Binə Xocavar, İmanlı, Kəlbəhüseynli və Çaxırlı kəndlərində yaşayan şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. 
Şəhid ailələri qəhrəman övladları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı