Xəbərlər 29.09.2023 11:33 1450

Ankarada 6 mərtəbəli binada təbii qaz partlayışı baş verib

Ankaranın Mamak rayonunda 6 mərtəbəli yaşayış binasının girişində təbii qazın partlaması nəticəsində yanğın baş verib. Partlayışda 68 yaşlı Fatma Köse həyatını itirib.

QHT.az xəbər verir ki, səhər saat 07.10 radələrində baş verən hadisə ətrafdakıların xəbəri ilə hadisə yerinə gələn polis qrupları ətraf mühitin təhlükəsizliyini təmin edib. Partlayışdan sonra başlayan yanğına xilasetmə qrupları müdaxilə edib.

Qeyd edək ki, partlayışın səbəbini tapmaq üçün araşdırma başladılıb. Bütün tədbirlər görüldü, təbii qaz kəsilib. Binalara ziyan dəyib. Faktla bağlı zəruri texniki və hüquqi araşdırmalar aparılır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı