Xəbərlər 20.11.2023 21:47 3348

"Dağlarda obam qaldı" filmi ictimaiyyətə təqdim olunub - FOTOLAR

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacağıq” layihəsi çərçivəsində çəkilmiş “Dağlarda obam qaldı” sənədli filmin təqdimatı olub.

İctimai Birliyin sədri Vusalə Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır: “Bu gün üzərində işlədiyimiz qısa metrajlı həyat hekayələrini özündə birləşdirən Qərbi Azərbaycan xatirələri gününü bir daha müxtəlif duyğuları hiss edərək yaşadıq. Biraz kövrəldik. Güc aldıq ki, Qarabağa, Xankəndinə getdiyimiz kimi mütləq bir gün Qərbi Azərbaycanın Göyçə, Dərələyəz, Zəngəzur, Qırxbulaq, Zəngibasar və digər mahallarımıza, İrəvan xanlığının mərkəzi olan İrəvana mütləq qayıdacayıq. Filmin ərsəyə gəlməsinə, ideyanın inkişaf etməsinə dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Agentliyin müşahidə şurasının üzvlərinə, icraçı direktoru Aygün xanım Əliyevaya, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz müəllimə öz dəyərli məsləhətləri ilə daim yanımızda olan çöx hörmətli professorumuz, Dərələyəz mahalının rəhbəri Mahirə xanım Hüseynovaya, İcma rəhbərinin müavini Haci Möhübbət Dərələyəzliyə, bu 4 ayda birgə ailə kimi çalışdığımız Aygün Muradxanlıya, rejissor Anar Bəxtiyaroğluna, tərcüməçii Faiq Mahmudova, Xəyalə Hüseynovaya arxa planda olan operatorlara, qrafika və digər əməkdaşlara, həyat hekayələrinin qəhrəmanlarına İradə xanım, Akif müəllim, Əbüləz müəllim, Şəfiqə xanım, Afiqə xanım, Xudakərim müəllimə, təşəkkür edirəm. Filmin təqdimatında texniki dəstəklərinə görə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruca, aparat rəhbəri Sahib Məmmədova, sektor müdiri Əfqan Vəliyevə, tədbirdə iştiraklarına görə millət vəkilimiz Hikmət Babaoğluna, Naqif Həmzəyevə, filmə əvəzsiz dəstəkləri üçün Vəkilovlar nəslinin dəyərli nümayəndəsi "Müvəkkil" Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkillova və QHT TV-nin rəhbəri Cəsarət Hüseynzadəyə minnətdarlıq edirik”.

Qeyd edək ki, 30 il öncə öz yurdlarından zorla çıxarılmış insanların xatirələri əsasında hazırlanmış filmdə şirinli-açılı xatirələrlə bərabər, erməni zorakılığının nəticələri birdaha faktlar əsasında xatırlanıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı