Xəbərlər 25.06.2025 11:37 23

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 600-dən çox şəxs cəlb olunub

5 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, “Könüllü DOST” proqramına cari ilin 5 ayı ərzində 15 min müraciət olub, 604 şəxs proqrama cəlb olunub.

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın  “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı